Serxio Aqueroya heykəl ucaldıldı - FOTO
13.05.2022 - 11:36
“Mançester Siti” əfsanəvi futbolçusu Serxio Aqueroya heykəl ucaldıb.
Apasport.az saytının məlumatına görə, argentinalının heykəli “Etihad” stadionunun yaxınlığına qoyulub.
“Şəhərlilər”in İngiltərə Premyer Liqasında ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə “Kuinz Park Reyncers”ə vurduğu qol sayəsində çempionluğu bayram edib.
Aquero 2011-2021-ci illərdə formasını geyindiyi “Mançester Siti” tarixinin bombardiridir (260 qol).

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0