“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Real”dakı həmkarı Karlo Ançelotti ilə duellərdə üstünlüyü ələ alıb.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis derbilərdəki qələbə sayında rəqibini keçib.
Bu, La Liqanın XXXV turunda rəsmiləşib. “Atletiko” öz meydanına rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Bu, Simeone ilə Ançelottinin iştirakı ilə baş tutan 15-ci paytaxt derbisi olub. Argentinalı 6-cı dəfə italiyalı üzərində qələbəyə sevinib. Ançelotti isə 5 dəfə qalib olub. Digər 4 matç heç-heçə başa çatıb.
Qeyd edək ki, “Atletiko” Yannik Karraskonun dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə çempionu məğlub edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"