Starric Avstraliya klubunda
01.10.2021 - 18:34
İngiltərə millisinin sabiq futbolçusu Daniel Starricin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını Avstraliyada davam etdirəcək.
Forvard “Pert Qlori” ilə müqavilə imzalayıb. 32 yaşlı futbolçunun anlaşması 2022-ci il iyunun 30-dək nəzərdə tutulub.
Starricin son klubu “Trabzonspor” olub. O, karyerası ərzində “Mançester Siti”, “Çelsi”, “Liverpul” və “Vest Bromviç”də də forma geyinib.
0
0