Sterlinqə paytaxtdan müştəri
09.05.2022 - 11:43
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı ingiltərəli “Arsenal”ın transfer siyahısına düşüb.
“Topçular” vingeri yayda heyətinə qatmağı planlaşdırır. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Lakin tərəflər anlaşmanı uzatmaqla bağlı razılıq əldə edə bilmir. Bu üzdən mançesterlilər də onu satmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, 2015-ci ildən “şəhərlilər”in formasını geyinən Rahim mövsümün 41 oyununda 14 qol vurub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0