Mövsümün sonunda “Mançester Yunayted”in sükanı arxasına keçməsi gözlənilən “Ayaks”ın baş məşqçisi Erik ten Haq ilk transferini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis “Tottenhem”in vingeri Stiven Berqveynin xidmətində maraqlıdır.
O, həmyerlisinin komandanın hücum xəttini gücləndirəcəyinə inanır. 24 yaşlı oyunçu londonlularda son vaxtlar əsas heyətə müntəzəm düşə bilmədiyindən, satılması istisna edilmir. Onun transferi “qırmızı şeytanlar”a 20 milyon funt sterlinqə başa gələ bilər. Ancaq Berqveyn Almaniya və Fransa klublarının da diqqət mərkəzindədir.
Qeyd edək ki, Stiven bu mövsüm Premyer Liqada 20 oyunda iştirak edib, 3 qol, 1 assistlə yadda qalıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”