“Neftçi”nin futbolçusu Mamadu Kane növbəti dəfə Qvineya yığmasına çağırılıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Didye Siksin qarşıdakı yoldaşlıq görüşləri üçün dəvət etdiyi oyunçular arasında “ağ-qaralar”la Azərbaycan çempionu olan yarımmüdafiəçi də var.
Fransalı mütəxəssis ümumilikdə 23 oyunçuya dəvət göndərib. Onlar arasında “Roma”nın yarımmüdafiəçisi Amadu Diavara və “Liverpul”un orta sahə oyunçusu Nabi Keytanın adı diqqət çəkir. Qvineya yığmasının üzvlərinin əksəriyyəti karyerasını Fransada davam etdirir.
Qeyd edək ki, Qvineya millisi 4 yoldaşlıq görüşü keçirəcək. Komanda mayın 31-də İstanbulda Türkiyə ilə, iyunun 5-də Toqo ilə, 8-də Kosovo ilə, 11-də isə Türkiyənin digər şəhəri Antalyada Nigerlə qarşılaşacaq.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”