Ulduz futbolçu klubundan ayrılacağını açıqladı
14.05.2022 - 10:34
“Monako”nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda komandadan ayrılacaq.
Apasport.az saytının məlumatına görə, bunu ulduz futbolçu özü açıqlayıb.
35 yaşlı orta sahə oyunçusu yayda başa çatacaq müqavilə müddətini yeniləməyəcəyini söyləyib: “Mənimlə “Monako” arasında hər şey bitdi. Müqaviləmin müddəti iyunda başa çatır və yeni çağırış axtarıram. Başqa yerdə yeni başlanğıca ehtiyacım var”.
Qeyd edək ki, 2019-cu ildən "Monako"da çıxış edən Sesk Fabreqas bu komandanın heyətində ümumilikdə 68 oyun keçirib, 4 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0