“Aston Villa”nın futbolçusu Cek Qriliş maraqlı addımı ilə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin yarımmüdafiəçisi tanınmış televiziya şərhçisi Natalia Zoppaya sevgi elan edib.
26 yaşlı orta sahə oyunçusu bunu sosial şəbəkə vasitəsilə edib. Zoppanın paylaşımına “salam” işarəsi göndərən futbolçu ona mesaj da yazıb. Ancaq xanım modelin sevgilisi Hass Saleh bunu görüb. Saleh isə TikTokdan etdiyi paylaşımda bunu gizlətməyib: “Bundan qəribəsi ola bilməzdi. Premyer Liqanın ən yaxşı futbolçusu mənim sevgilimlə yazışmağa çalışıb”.
Maraqlıdır ki, Zoppanın sevgilisi buna əsəbləşməyib, əksinə, özləri üçün fürsətə çevirmək qərarına gəlib. O, modelin yeni paylaşımla sosial şəbəkədəki izləyici sayının artırılmasına çalışıb.
Qeyd edək ki, Natalia Zoppanın instaqramda 200 mindən çox izləyicisi var.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”