Vernerin həsrəti bitdi
03.10.2021 - 00:29
“Çelsi” İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, London təmsilçisi VII turda “Sauthempton”a qalib gəlib.
3:1 hesablı qələbə Timo Verner üçün əlamətdar olub. Almaniyalı hücumçu qol həsrətini bitirib. O, 84-cü dəqiqədə fərqlənib. Forvard təxminən 5 aydan sonra Premyer Liqada qol sevinci yaşayıb.
O, sonuncu dəfə aprelin 24-də “Vest Hem”in qapısına yol tapıb – 1:0.
0
0