Xavinin istəyi
09.05.2022 - 13:39
“Barselona”nın yarımmüdafiə xəttinə gətirmək istədiyi futbolçu bəlli olub.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun baş məşqçisi Xavi portuqaliyalı Bernardo Silvanı sərəncamında görmək istəyir.
27 yaşlı futbolçu La Liqa təmsilçisinin əsas transfer hədəfinə çevrilib. Xavi “Mançester Siti”nin üzvünün onun bütün tələblərinə cavab verdiyi qənaətindədir. Bernardo da Premyer Liqanı tərk etməyin əleyhinə deyil. O, ailəsinə yaxın olmaq üçün Pireneyə qayıtmaq niyyətindədir.
Qeyd edək ki, Bernardo 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə 50 milyon avroya transfer olunub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0