Xayme Romero bərpa məşqlərinə başladı
07.10.2021 - 11:29
“Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero fizioterapiyaya başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə ispaniyalı futbolçu instaqram səhifəsi vasitəsilə məlumat yayıb.
Konfrans Liqasının qrup mərhələsinin I turunda “Bazel”lə qarşılaşmada sol dizindən ağır zədə alan Romero əməliyyatdan sonra bərpa prosesinə start verib. Onun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
0
0