Yalnız ikisi – Premyer Liqada rekordçu kimdir?
22.05.2021 - 14:38
Azərbaycan Premyer Liqasının başa çatan 2020/21 mövsümündə ən çox oyun keçirən futbolçular bəlli olub.
Apasport.az saytının məlumatına görə, baş tutan 28 turda yalnız iki futbolçu komandasının bütün oyunlarında meydana çıxıb.
Bunlar Turan Manafovla Klesio Baukdur. Lakin onların heç biri bu 28 matçı əvəzolunmaz keçirməyib.
Mövsümün rekordçusu “Səbail”in müdafiəçisidir. Turan bu çempionatda daha çox – 2480 dəqiqə meydanda olub.
“Zirə”nin hücumçusu isə ondan az oynayıb. Klesio 2257 dəqiqə şans qazanıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0