Çempionlar Liqasının yeni mövsümündə qrupda oynayacaq 9 komanda bəllidir.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində çıxış edəcəyi dəqiqləşən 10 iştirakçı 7 ölkə təmsilçiləridir.
Üç ölkənin hərəsində iki komanda bəllidir. İngiltərədə “Mançester Siti” və “Liverpul”, İtaliyada “İnter”lə “Milan” adını xoşbəxtlər sırasına yazdırıb.
Almaniyanın da qrupdakı iki təmsilçisi bəllidir. “Bavariya” hətta 1-ci səbətdəki yerini təmin edibsə, Dortmund “Borussiya”sı turnirə vəsiqə qazanıb.
Fransa çempionu PSJ də ən güclülərin səbətində olacaq. İspaniyadan “Real”, Portuqaliyadan “Porto”, Avstriyadan “Zalsburq” Çempionlar Liqasında iştirak hüququ əldə edib.
Qeyd edək ki, qrup mərhələsinin 32 komandası 8 “dördlük” təşkil edəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”