Yığmamız Malta ilə “ASK Arena”da qarşılaşacaq
05.10.2021 - 12:00
Qadınlardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların stadionu və başlama vaxtı məlum olub.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oktyabrın 21-də Monteneqro və 26-da Maltaya qarşı keçirəcək görüşlər müvafiq olaraq Podqoritsa və Bakıda təşkil ediləcək.
Monteneqro ilə oyun saat 16:00-da Podqoritsadakı Məşq Mərkəzində, Malta ilə qarşılaşma isə saat 18:00-da “ASK Arena”da keçiriləcək.
0
0