Yığmamız yenə Qırğızıstana qalib gələ bilmədi
11.10.2021 - 22:31
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün sonuncu yoldaşlıq oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun da heç-heçə (1:1) nəticələnib.
0
0