Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov klubu “Aue”də qala bilər.
Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 32 yaşlı yarımmüdafiəçinin gələn mövsüm Bundesliqa III-də iştirakı istisna edilmir.
Klub prezidenti Helge Leonhardt müqavilə müddəti davam edən 12 oyunçudan 7-sinin Bundesliqa II-ni tərk edən kollektivdə qala biləcəyini söyləyib. Rəhbərlik bir neçə təcrübəli futbolçunu komandada saxlamaqda maraqlıdır ki, onlar arasında Nazarov da var. Leonhardt hələlik heç kimlə anlaşmadıqlarını, danışıqların davam etdiyini bildirib.
Qeyd edək ki, Dmitri Nazarovun “Aue” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olsa da, komanda Bundesliqa III-ə yuvarlandığından, yarımmüdafiəçi mövsümün sonunda azad agent statusu alacaq. Onun xidmətində maraqlı olan klublardan biri də “Neftçi”dir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"