Yığmamızın qapıçısı 100-ə çatdı
13.05.2022 - 10:32
Şahruddin Məhəmmədəliyev “Qarabağ”da 100-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, qapıçının yubileyi XVI turdan təxirə salınan “Sumqayıt”la matça təsadüf edib.
Qolkiper yubiley görüşündə qapısını toxunulmaz saxlayıb – 5:0. Ümumilikdə Şahruddin “Qarabağ”dakı 100 görüşdə 60 top buraxıb. Bu oyunların 66-sı (-33) Premyer Liqa, 22-si avrokuboklar (-22), 12-si ölkə kubokuna (-5) təsadüf edib.
Qeyd edək ki, 2015/16 mövsümündə “Qarabağ”da debüt edən Məhəmmədəliyev klub tarixinə 100 və daha çox oyun keçirən 4-cü qapıçı kimi düşüb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0