A Seriyası: “Yuventus” “Milan”ı məğlub etdi
18.01.2025 - 23:17
Bu gün İtaliya A Seriyasının XXI turunun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə “Yuventus” evində “Milan”ı qəbul edib.
İlk hissəsi qolsuz yekunlaşan qarşılaşmada ikinci hissəyə ev sahibi daha üstün başlayıb.
“Qoca sinyora” görüşü Timoti Vea və Samuel Mbanqulanın vurduğu qollarla qələbə qazanıb.
“Bolonya” isə öz meydanında “Monza”nı üstələməyi bacarıb.
İtaliya A Seriyası
XXI tur
18:00. “Bolonya” – “Monza” - 3:1
21:00. “Yuventus” – “Milan” - 2:0
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
0
0