A Seriyasında yanvar ayının ən yaxşısı bəlli olub
07.02.2025 - 22:26
![A Seriyasında yanvar ayının ən yaxşısı bəlli olub](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a65029dbdc967a65029dbdca173895274567a65029dbdc767a65029dbdc8.jpeg)
İtaliya A Seriyasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu, “Napoli"nin yarımmüdafiəçisi Frank Anquissadır.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Anquissa yanvar ayında A Seriyasında "Napoli"nin heyətində 4 matçda iştirak edib.
Qeyd edək ki, Kamerun millisinin üzvü bu mövsüm italyanların heyətində iştirak etdiyi 25 matçda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0