Abubakar "Neftçi"dən sərvət istəyir: Danışıqlar davam edir
27.09.2025 - 09:42
Abubakar "Neftçi"dən sərvət istəyir: Danışıqlar davam edir

“Neftçi” “Beşiktaş”ın sabiq forvardı Vensan Abubakarı heyətinə qatmaq üçün hazırda futbolçu ilə danışıqları davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” kamerunlu forvarda heç də aşağı sayılmayan maaş təklifi göndərib. 

Lakin Abubakar Bakı klubundan illik 1 milyon avrodan çox maaş istəyib.

“Neftçi” isə bunla razılaşmayıb və daha az məbləğ verə biləcəyini bildirib.

Hazırda maaş məsələləsində tərəflər arasında danışıqlar gedir. 

Xatırladaq ki, 33 yaşlı hücumçu hazırda azad agent statusundadır. 

Son olaraq “Hatayspor”un formasını geyinən Abubakar, bundan başqa “Valensienn”, “Loryen”, “Porto”, “Beşiktaş”, “Əl-Nəsr” kimi klublarda da çıxış edib.