İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo 40 illik yubileyini maraqlı şəkildə qeyd edib.
Apasport.az saytının məlumatına görə, “Tottenhem”in keçmiş oyunçusu doğum günü şərəfinə 100 nəfərin saçını pulsuz kəsdirib.
Defo əvvəlcə bu barədə paylaşım edərək, insanları bərbərə çağırıb: “Salam uşaqlar, mənim ad günümdür, böyük 4:0! Odur ki, yeni saç kəsdirmək istəyən bütün gənclər pulqabılarını evdə qoysun, yanıma gəlsin. İlk 100 saç kəsiminin pulu mənlikdir”.
Qeyd edək ki, Cermeyn Defo 2013-cü ildə təsis etdiyi “The Jermain Defoe Foundation” xeyriyyə təşkilatına xidmətlərinə görə 2018-ci ildə OBE mükafatı təqdim olunub. Defo isə bu ilin martında karyerasını başa vurub.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu