Adadan "Trabzonspor"a - 8 milyon avroluq transfer
20.06.2025 - 00:41
Adadan "Trabzonspor"a - 8 milyon avroluq transfer

Futbol üzrə Türkiyə Super Liqası klublarından “Trabzonspor” heyətini gücləndirməyə davam edir. 

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi 2023/24 mövsümündə icarə əsasında komandada çıxış edən Paul Onuaçunu birdəfəlik transfer etməyi planlaşdırır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, klub nigeriyalı forvard üçün məxsus olduğu “Sauthempton”a 8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Onuaçu bu mövsüm İngiltərə Premyer Liqasında "Sauthempton" formasıyla çıxdığı 26 rəsmi matçda 4 qol və 1 assistlə yadda qalıb.