İsveçrənin Lozanna və Cenevrə şəhərlərində UEFA-ya üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminar keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə AFFA-nın əməkdaşı – Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov da iştirak edib.
UEFA Təhlükəsizlik Konfransı – 2024” adlı seminarın açılış mərasimində UEFA-nın prezidenti Aleksander Çeferin və İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank çıxış ediblər.
Üç gün davam edən tədbirin ilk mərhələsi 2024-cü ildə təşkil olunan Avropa çempionatı, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası oyunlarında təhlükəsizliklə bağlı baş vermiş hadisələrə həsr olunub. Həmçinin matçlarda azarkeşlərin kütlə şəklində stadiona daxil olmaları, pirotexniki vasitəsilərin yandırılması, irqçi şüarların səsləndirilməsi, kənar şəxslərin meydançaya daxil olması, təhlükəsizlik əməkdaşlarının işlərində nöqsanlar və biletlərin yoxlanış qaydaları müzakirə olunub.
Son gündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mübarizə aparan klubların təhlükəsizlik xidmətinin rəisləri müzakirələrdə iştirak ediblər.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab