Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR
17.11.2025 - 01:01
Afrikanın ən yaxşısı adına namizədlər açıqlandı - SİYAHIDA OSİMHEN DƏ VAR

Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bunlar "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah, "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidi.

Qeyd edək ki, ötən il bu mükafata “Atalanta”nın hücumçusu Ademola Lukman layiq görülüb.