Futbol üzrə Portuqaliya çempionatında pley-off matçı keçirilib.
Apasport.az xəbər verir ki, Premyer Liqanı 16-cı pillədə başa vuran “Kaza Pia” öz meydanında I Liqanı 3-cü sırada bitirən “Torrense” ilə üz-üzə gəlib.
İlk oyunu qolsuz heç-heçə ilə yekunlaşan cütün cavab görüşündə qalib ev sahibləri olub. Matç “Kaza Pia”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə “Kaza Pia” Premyer Liqada yerini qoruyub. “Torrense” isə növbəti mövsümdə də I Liqada mübarizə aparacaq.
Xatırladaq ki, “Torrense” Portuqaliya Kubokunun finalında “Sportinq”i məğlub edərək qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış etmək hüququ qazanmışdı.
- Pulişiç “Milan”da qalacaq?
- Ronaldo yenidən “Qızıl top” qazandı – Bu dəfə fərqli mükafat
- Seneqal millisindən “Qalatasaray”ın futbolçusuna vida mesajı
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu