Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
03.07.2026 - 23:34
Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro Fransa ilə DÇ-2026-nın 1/8 final oyunu öncəsi maraqlı açıqlamalar verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqib komandanın hücum gücünü bənzətmə ilə təsvir edib.

“Fransa sözün əsl mənasında tufandır. Həmin tufanda hər an hər yerdən çaxa biləcək ildırımlar birbaşa sənin qapına yönəlir. Bilirsən ki, üzərinə güclü tufan gəlir. Bizim işimiz isə o ildırımlardan necə yayınacağımızı və özümüzü necə qoruyacağımızı tapmaqdır. Sabah qarşılaşacağımız matçı məhz belə təsəvvür edə bilərsiniz”, - deyə Alfaro bildirib.

Qeyd edək ki, Paraqvay və Fransa arasında DÇ-2026-nın 1/8 final oyunu iyulun 5-də Bakı vaxtilə saat 01:00-da keçiriləcək.