“Liverpul” qapıçısı Alisson Bekkerlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisi braziliyalı qolkiperi komandada saxlamaq istəyir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, “Liverpul” Alissonla yeni müqavilə imzalamaq niyyətindədir. Tərəflər arasında hazırkı sözləşmənin müddəti növbəti mövsümün sonunda başa çatacaq.
Daha əvvəl İtaliyanın “Yuventus” klubunun 33 yaşlı qapıçı ilə maraqlandığı iddia olunurdu.
Qeyd edək ki, Alisson Bekker 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. Braziliyalı qapıçının bazar dəyəri 17 milyon avro olaraq qiymətləndirilir.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda