Allan-Sen Maksimen İtaliya yolunda
31.01.2025 - 20:57

İtaliya A Seriyası komandalarından “Napoli” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi hazırda icarə əsasında Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən Allan-Sen Maksimeni transfer etmək istəyir.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilib ki, neapollular oyunçu üçün Səudiyyə Ərəbistanı komandası “Əl-Əhli” ilə danışıqlar aparır.
“Napoli” forvardı mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, Maksimen bu mövsüm “Fənərbaxça”nın heyətində iştirak etdiyi 24 rəsmi matçda 3 qol, 4 assistlə yadda qalıb.
0
0