"Napoli" klubu baş məşqçi postuna Massimiliano Alleqrini gətirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər arasında razılıq əldə olunub və italiyalı mütəxəssis Neapol təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
57 yaşlı çalışdırıcı son olaraq "Yuventus"u idarə edib.
O, Turin klubunda iki dönəmdə çalışaraq 5 A Seriyası çempionluğu, 5 İtaliya Kuboku və 2 İtaliya Superkuboku qazanıb.
Alleqri həmçinin "Milan"la da İtaliya çempionu olub.
Qeyd edək ki, “Milan” Alleqrinin rəhbərliyi altında ötən mövsüm A Seriyasını 5-ci pillədə başa vurub. Çempion isə “İnter” olub.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”