Alleqrinin yeni ünvanı bəlli olub
17.01.2025 - 12:39
İtaliya nəhənglərindən "Yuventus"un və "Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqrinin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun baş məşqçisi olacaq.
"Əl-Əhli" artıq Alleqri ilə razılaşıb. Müqavilənin detallarına yaxın günlərdə aydınlıq gətiriləcək.
Qeyd edək ki, Alleqri ötən ilin may ayından işsizdir.
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
- Hans-Ditr Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
0
0