Almaniyalı "Beşiktaş"ı rədd etdi
28.12.2024 - 09:36
“Beşiktaş” “Benfika”nın sabiq çalışdırıcısı Rocer Şmidti komandaya baş məşqçi təyin etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubunun prezidenti Hasan Yücel yerli mətbuata açıqlamasında deyib.
O, alman mütəxəssisə 6 aylıq sözləşmə təklif etdiklərini, lakin rədd cavabı aldıqlarını deyib.
“Beşiktaş”a hazırda müvəqqəti olaraq köməkçi məşqçi Serdar Topraktepe rəhbərlik edir. Komanda Super Liqada 16 oyundan sonra 26 xalla 6-cı sıradadır.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0