Almaniyalı futbolçu Bundesliqada klubunu dəyişəcək - RƏSMİ
16.03.2026 - 21:18
Almaniyalı futbolçu Bundesliqada klubunu dəyişəcək - RƏSMİ

“Borussiya Münhenqladbax”ın futbolçusu Rokko Rayts Bundesliqada klubunu dəyişəcək.

Apasport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi “Leypsiq”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 23 yaşlı oyunçu yeni mövsümdən etibarən “Leypsiq”in uğurları üçün çalışacaq. Komanda bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, Rokko Rayts bu mövsüm “Borussiya Münhenqladbax”ın heyətində keçirdiyi 27 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.