Almaniyalı müdafiəçi “Real”dan ayrılır? - İTALİYADAN TƏKLİF VAR
22.03.2026 - 14:26
Almaniyalı müdafiəçi “Real”dan ayrılır? - İTALİYADAN TƏKLİF VAR

“Real Madrid”in üzvü Antonio Rüdiger karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, almaniyalı müdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Turin təmsilçisi “kral klubu” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı oyunçuya 2 illik sözləşmə təklif etməyi planlaşdırır.

“Real”ın baş məşqçisi Alvaro Arbeloa isə Rüdigerin komandada qalmasını rəhbərlikdən tələb edib.

Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm komandasının heyətində 17 qarşılaşmada meydana çıxıb və 1 qolla yadda qalıb.