Arbeloa rəsmən “Real”da
28.05.2025 - 17:22

"Real"ın əvəzedici komandasının yeni baş məşqçisi rəsmiləşib.
Apasport.az xəbər verir ki, "Kastilya"nı Alvaro Arbeloa çalışdıracaq.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
O, həmin vəzifədə Raul Qonzalesi əvəzləyib.
Qeyd edək ki, Arbeloa bunadək "Real"ın U-19 komandasını çalışdırırdı.
0
0