La Liqa təmsilçilərindən "Real Madrid"in hücumçusu Endrik və yarımmüdafiəçisi Arda Gülər yoldaşlıq görüşündən öncə keçirilən məşqləri yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Apasport.az xəbər verir ki, "Los Blancos" Londonun "Çelsi" klubu ilə yoldaşlıq oyunu keçirəcək və hər iki futbolçu bu matçı buraxa bilər.
18 yaşlı braziliyalı və 19 yaşlı türkiyəli "Real Madrid"in bazar ertəsi keçirilən məşqini tamamlaya bilməyib. Buna hər iki futbolçunun həddindən artıq yüklənməsi səbəb olub.
Endrik ötən ay Braziliyanın "Palmeyras" klubundan keçərək Madrid nəhənglərinin sıralarına qoşulmuşdu. Arda Gülər isə ötən yay "Fənərbaxça"dan Karlo Ançelottinin komandasına keçid edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab