Arda Turan “Şaxtyor”da - RƏSMİ
27.05.2025 - 23:57
Arda Turan “Şaxtyor”da - RƏSMİ

Türkiyəli baş məşqçi Arda Turanın rəhbərlik edəcəyi yeni komanda müəyyənləşib.

Apasport.az xəbər verir ki, mütəxəssis karyerasını Ukraynanın “Şaxtyor” klubunda davam etdirəcək.

Bu barədə Donetsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 38 yaşlı çalışdırıcı bundan əvvəl “Eyüpspor”un baş məşqçisi olub.