Argentina millisinin üzvü ölkəsinə qayıdıb - RƏSMİ
11.07.2025 - 11:16

Argentinanın “Boka Xuniors” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Roma”dan Leandro Paredesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Paredes ötən mövsüm “Roma”da çıxış etdiyi 32 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0