Argentinalı futbolçu "Dortmund"da - RƏSMİ
27.08.2025 - 12:44
Argentinalı futbolçu "Dortmund"da - RƏSMİ

"Çelsi"nin futbolçusu Aron Anselminonun gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, argentinalı müdafiəçi "Borussiya Dortmund"a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya görə, 20 yaşlı oyunçu bir illik icarə əsasında Bundesliqa təmsilçisinin şərəfini qoruyacaq.

Futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Çelsi" Aron Anselminonu 2024-cü ildə "Boka Xuniors"dan 16,5 milyon avroya transfer edib.