"Arsenal" "Bavariya"nın futbolçusunu transfer etmək istəyir
30.07.2024 - 15:22
Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sane "Bavariya"nı tərk etməyə hazırlaşır.
Apasport.az "Bild"ə istinadən xəbər verir ki, "Arsenal" almaniyalı futbolçunu heyətinə qatmaqda israrlıdır.
London təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin transferini bu yay reallaşdırmaq niyyətindədir.
Sane 2023/2024 mövsümündə bütün yarışlarda 42 oyunda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə verib.
Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0