"Arsenal" iki ulduz hücumçu arasında seçim edəcək
23.05.2025 - 09:58
"Arsenal" iki ulduz hücumçu arasında seçim edəcək

Londonun "Arsenal" klubu qarşıdan gələn transfer pəncərəsində heyətini ən yaxşı hücumçu ilə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, "topçuların" hazırkı iki prioritet hədəfi "Leysiq"dən Benjamin Şeşko və "Sportinq"dən isə Viktor Qyökereşdir.

London nəhəngləri hər iki namizədi diqqətdə saxlayır.

"Transfermarkt" portalı Şeşkonun transfer dəyərini 65 milyon, Qyökereşin qiymətini isə 75 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "Arsenal" Premyer Liqanın ikinci pilləsində qərarlaşıb.