"Arsenal" rəqiblərini "Uembli"də qəbul edəcək
07.10.2025 - 16:16

İngiltərə nəhənglərindən "Arsenal" müvəqqəti olaraq "Uembli" stadionunda çıxış edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb.
"Topçular" "Emirates Stadionu"nda genişləndirmə işləri planlaşdırır.
Stadion hazırda 60,700 tamaşaçı tutumuna malikdir.
Genişlənmədən sonra "Arsenal"ın oyunları 70.000-dən çox tamaşaçı qəbul edə biləcək.
0
0