"Arsenal" və "Tottenhem" növbəti dəfə transfer yarışında
25.08.2025 - 15:37

"Arsenal" "Bayer Leverkuzen"in müdafiəçisi Pyero Hinkapini heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, "topçular" bu dəfə də "Tottenhem"in hədəfində olan oyunçunu rənglərinə bağlamaq niyyətindədir.
"Spurs" ekvadorlu futbolçunun 60 milyon avroluq satınalma maddəsini aktivləşdirmək şərti ilə icarəyə götürməyi planlaşdırır.
Həmçinin Londonun digər klubu "Arsenal" oyunçu ilə danışıqlara start verib.
Qeyd edək ki, "topçular" bundan öncə də "Tottenhem"in əsas hədəfi olan Ebereçi Ezeni heyətinə qatıb.
0
0