"Arsenal"da gözlənilən müqavilə
06.06.2025 - 16:11
"Arsenal"da gözlənilən müqavilə

“Arsenal” futbolçusu Qabriel ilə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.

Qabriel başa çatan mövsümdə Premyer Liqada 28 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.