“Arsenal”da mövsümün ən yaxşısı müəyyənləşdi
06.06.2025 - 21:58
“Arsenal”da mövsümün ən yaxşısı müəyyənləşdi

İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal"da mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Apasport.az xəbər verir ki, bu ada Deklan Rays layiq görülüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər arasında keçirilən sorğuda 26 yaşlı yarımmüdafiəçi səslərin 52 faizini toplayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 52 oyunda iştirak edib, 9 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.