“Arsenal”dan 87 milyon avroluq transfer
05.08.2026 - 09:51
“Arsenal”dan 87 milyon avroluq transfer

İngiltərənin “Arsenal” klubu heyətini braziliyalı yarımmüdafiəçi Bruno Gimarayeşlə gücləndirib.

Apasport.az xəbər verir ki, London təmsilçisi futbolçunun transferi ilə bağlı “Nyukasl”la razılığa gəlib.

Tansferin dəyəri 75 milyon funt sterlinq (87 milyon avro) təşkil edib. Futbolçu ilə bütün məsələlərdə razılaşma əldə olunub.

Qeyd edək ki, 28 yaşlı Bruno Gimarayeş ötən mövsüm Premyer Liqada 29 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə verib. O, həmçinin Çempionlar Liqasında 7 matçda forma geyinib.