“Arsenal”ın futbolçusu “Flamenqo”da - RƏSMİ
07.06.2025 - 01:03
“Arsenal”ın futbolçusu “Flamenqo”da - RƏSMİ

"Arsenal"da müqaviləsi başa çatan Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, "Flamenqo" yarımmüdafiəçini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 27 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.