"Arsenal"ın futbolçusu: "Tottenhem"ə 10 qol vura bilərdik, bəxtimiz gətirmədi"
16.01.2025 - 11:49

"Arsenal"ın ulduz yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 21-ci turunda "Tottenhem"lə oyundan sonra mətbuata açıqlama verib.
Apasport.az xəbər verir ki, futbolçu daha çox qol vura bilmədikləri üçün məyus olduğunu bildirib:
“İkinci hissədə oyun açıq keçdi. Ola bilsin ki, onlar iki qol vura bilərdilər, amma biz daha beş və ya altı qol vura bilərdik. Hətta onlara 10 qol da vura bilərdik, amma bəxtimiz gətirmədi. Ümid edirəm, mövsümün ən vacib mərhələsində yaxşı nəticələr əldə edəcəyik".
Qeyd edək ki, "Arsenal" "Tottenhem"i 2:1 hesabı ilə məğlub edib.
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
0
0