“Arsenal”ın müdafiəçisi “Kruzeyro”da - RƏSMİ
10.06.2025 - 01:39
“Arsenal”ın müdafiəçisi “Kruzeyro”da - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən “Arsenal”ın heyətində ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, “topçular”ın müdafiəçisi Markinyos Braziliyanın “Kruzeyro” komandasına transfer olunub.

Bu barədə məlumatı klubunun mətbuat xidməti yayıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, braziliyalı futbolçunun keçidi üçün “Kruzeyro” 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 22 yaşlı futbolçu mövsümün ikinci yarısını icarə əsasında məhz bu klubda keçirmişdi.