İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula əl atıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Arteta oyunçulara heç bir xəbər vermədən düşərgəyə peşəkar cibgirlər dəvət edib.
Futbolçularla birlikdə şam yeməyinə qoşulan oğrular komanda üzvlərinin telefon, pul kisəsi və başqa şəxsi əşyalarını götürüblər. Şam yeməyinin sonunda Arteta hamıdan ciblərini yoxlamağı xahiş edib. Bundan sonra futbolçuların əksəriyyəti qiymətli əşyalarının itdiyini anlayıblar.
Beləliklə, məşqçi bütün situasiyalarda oyunçulara diqqətli və ayıq olmağın vacibliyini vurğulamağa çalışıb.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab