Arteta qərarını verib
20.10.2024 - 18:57
Arteta qərarını verib

"Arsenal"ın baş məşqçisi Mikel Arteta qərarını verib.

Apasport.az xəbər verir ki, o, gələcəkdə İngiltərə millisini çalışdıra bilər.

Mütəxəssis bir neçə ildən sonra İngiltərə millisində işləməyə razılıq verib. O, federasiya rəsmiləri ilə görüşüb və yeni baş məşqçi təyin olunan Tomas Tuxelin gedişindən sonra fəaliyyətə başlamağa hazır olduğunu bildirib.

Qeyd edək ki, 42 yaşlı ispaniyalının "Arsenal"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

0